aslan12“Dünyada saxta mal-material sahəsində ən tanınmış ölkələri Çin və Polşadır. Əgər hakimiyyət və xalq münasibətlərini araşdırsalar, bunun ölkəmizdə ən saxtalar sırasında olacağına şübhəm yoxdur. Hakimiyyət təmsilçiləri özlərini elə aparırlar ki, sanki bütün günü xalqın taleyini düşünürlər. Onları dinlədikcə, xalq arasına düşən kimi lazım olan dəqiqə poz vermələri, lazım olanda əl öpmələri, xalqın vəziyyətinin necə ağır olmalarını başa düşmələrini görəndə saf insanın həmin məmura yazığı gələr, necə ağır işlə baş-başa qaldığını düşünər. Həmin məqamlarda bunlardakı fərasəti, istedadı görən insan bəzən düşünür ki, Hollivud necə istedadlı müştərisini itirib”.

araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, xalqın ayrı-ayrı nümayəndələrinin hakimiyyət təmsilçiləri ilə ünsiyyətini, onları neçə qarşılamaqlarını, təzim etmələrini, məclislərdə şənlərinə tərif demələrini eşidənlər isə hesab edərlər ki, həqiqətən xalq hakimiyyət nümayəndələrini həddindən artıq çox sevir: “Ancaq hər iki görünüş saxtadır. Bir-birilərini yola verirlər və bu cür hər ikisi bu saxta münasibətdən yararlanmaq istəyir. Reallıqda hər ikisi bir virtual aləmdə yaşayırlar və bədbəxtdirlər. Hər iki cəbhədə az-çox səmimi olmaq istəyənlər isə qısa zamanda hər iki cəbhədən ayrı düşürlər. Hakimiyyətdə olanlar vəzifələrini itirir, xalq arasında olanlar isə ümumiyyətlə insanlarla ünsiyyətdən qaçmaq istəyirlər, çünki heç bir tərəf dəyişmək, real həyatı qəbul etmək istəmir. Hələlik bu cür hər ikisinə sərf edir. Ağıllı insanlar isə başa düşür ki, bu, hər ikisini, ümumilikdə isə ölkəni fəlakətə aparır”.

 

 

araz.az

araz.az xəbər portalı.