WhatsApp Image 2021 05 19 at 15.55.07

Mobil operatorun bölgələrə xüsusi diqqət ayırması sayəsində, 2021-ci ilin birinci rübü ərzində, regionlar üzrə 4G istifadəçilərinin sayında 42 faiz yüksəliş qeydə alınıb. Bu barədə, şirkətdən araz.az-a daxil olan məlumatda deyilir ki, buna “Nar”ın regionlarda baza stansiyalarının sayını artırması, paytaxtla yanaşı, bölgələrdə satış və xidmət mərkəzlərini yeniləməsi, sərfəli tarif və paketlər, eyni zamanda “Nar+” tətbiqi vasitəsilə müştəri xidmətlərinin daha rahat və əlçatan olması təsir edib.
Həmin məlumata görə, hər zaman müştərilərinin ehtiyaclarını qarşılamağı hədəfləyən mobil operator, 2021-ci ilin ilk rübü ərzində, regionlarda 30-a yaxın yeni baza stansiyası quraşdırıb. Paytaxtla yanaşı, regionlarda da şəbəkənin təkmilləşdirilməsi “Nar” abunəçilərinin kəsintisiz və sürətli internetdən istifadəsini daha da artırıb. Qeyd edək ki, “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90 faizini əhatə edir və 8740-dan artıq baza stansiyası ilə, 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Sonda onu da qeyd edək ki, ümumiyyətlə, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar”, ölkədə ilk dəfə olaraq, 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

                                                                         ***

Number of “Nar” 4G users ramps up in regions

In virtue of the deference paid to the regions, “Nar”s 4G users has increased by 42% in the regions during the first quarter of 2021. This was due to the increase in the number of “Nar” base stations, the renovation of sales and service centers in the regions along with the capital, affordable tariffs and packages, as well as more convenient and accessible customer service through the “Nar +” application.
The mobile operator, which always aims to satisfy the needs of its customers, has installed about 30 new base stations in the regions in the first quarter of 2021. Along with the capital, the improvement of the network in the regions has further increased the use of uninterrupted and high-speed Internet by “Nar” subscribers. With a large network of over 8740 base stations, “Nar” provides more than 2.3 million subscribers with the highest quality services.
“Azerfon” LLC (“Nar” trademark) started its operations on March 21, 2007, and within a short period of time became one of the leading companies of the telecommunications and mobile communication industry of Azerbaijan. Being the first operator in the country to introduce the 3G technology, “Nar” provides the customers with a wide 4G network coverage.WhatsApp Image 2021 05 19 at 15.55.33
                                                                          ***

Число пользователей “Nar” 4G в регионах возросло.

Благодаря особому вниманию мобильного оператора к регионам, количество пользователей 4G в регионах в первом квартале 2021 года увеличилось на 42%. На прирост повлияло увеличение количества базовых станций “Nar” в регионах, обновление центров продаж и обслуживания, доступность тарифов и пакетов, а также доступность и удобство получения абонентских услуг посредством приложения «Nar +».

Оператор мобильной связи, который всегда стремится удовлетворить потребности своих клиентов, в первом квартале 2021 года установил в регионах около 30 новых базовых станций. Наряду со столицей, улучшение сети в регионах еще больше увеличило использование абонентами “Nar” бесперебойного и высокоскоростного интернета. Сегодня, “Nar” предоставляет более 2,3 миллионам своих абонентов услуги высокого качества, благодаря обширной сети, состоящей из более 8740 базовых станций и охватывающей 90% территории страны

Компания “Azerfon” (торговая марка “Nar”), начавшая свою деятельность 21 марта 2007 года, в течение короткого времени превратилась в одну из ведущих компаний на азербайджанском рынке телекоммуникаций и мобильной связи. “Nar” стал первым оператором в стране, представившим технологию 3G, а также широкий охват сети четвертого поколения (4G)..

araz.az xəbər portalı.

araz.az xəbər portalı.