İqtisadçı Rəşad Həsənov: “Neftin qiymətində dəyişilik baş verməsə, məzənnə dəyişikliyi olmayacaq”
Dövlət Neft Fondu (DNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, DNF tərəfindən 2018-ci ilin yanvar ayında 299,1 milyon, fevral ayı ərzində isə 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, mart ayında vəsait satışı fevral ayı ilə müqayisədə 1,8 dəfə, Yanvar ayı ilə müqayisədə isə 2,2 dəfə artıb.
Ümumilikdə isə 2018-ci ilin birinci rübü ərzində DNF tərəfindən tərəfindən satılmış valyutanın həcmi 1 milyard 310,2 milyon ABŞ dolları təşkil edir.
Nəzərə çatdıraq ki, həftədə 2 dəfə Neft Fondunun iştirakı ilə Mərkəzi Bankda valyuta həracı keçirilir.
Dolların mart ayında çox satılmasının səbəblərini şərh edən iqtisadçı Rəşad Həsənov “Hürriyyət”ə dedi ki, burada müxtəlif səbəblər var: “Səbəblərdən ən əsası ondan ibarətdir ki, müəyyən qədər məzənnə sabitliyinin yaratdığı şərait nəticəsində sahibkarların və vətəndaşların yığımdan alış mövqeyinə keçməsi və eyni zamanda 2018-ci ildə dövlət büdcəsinin xərclərinin əhəmiyyətli səviyyədə, təxminən 16 faiz artması dövriyyəyə daxil olan vəsaitin həcmini artırmaqla, son nəticədə valyuta tələbi formalaşdırır. Amma burada faktiki real tələb formalaşdıran tələblərdən biri isə ölkədə ötən illə müqayisədə idxalın həcminin əhəmiyyətli səviyyədə artmasıdır. Məsələn, 2017-ci ilin iki ayı ərəzində ölkəyə idxal təxminən 950 milyon olumuşdursa, 2018-ci müvafiq dövründə idxalın həcmi təxminən 500 milyon dollar artaraq 1milyard 450 milyona yükəslib. Təbii ki, biz burada bütün istiqamətlərdə artım müşahidə edirik. 2018-ci ilin yanvarın 1-nə qədər prezidentin müvafiq sərəncamı ilə dövlət büdcəsi vəsaiti hesabına idxal məhsullarına məhdduyyət tətbiq olunurdu, amma yanvar ayından etibarən bu sərəncam qüvvədən düşüb və bu özünü dövlət sektorunun idxalında göstərib. Demək 2 ay ərzində dövlət sektorunu ötən il iə müqayisə etsək, idxalın həcmi təxminən 200 milyon artıb. Ötən il bu rəqəm 100 milyon idisə, bu il 300 milyon olub, 3 dəfə demək olar ki, artım baş verib. Buna paralel olaraq fiziki şəxslərin idxalında da artıb baş verib. Bu artımlar valyuta bazarında tələb formlaşdıran əsas amillərdən biridir”.
“Valyutanın həcmi tələbə uyğun deyil”
“Təbii ki, burada əlavə psixoloji faktorların da təsiri vardır. Çünki bildiyimiz kimi neft bazarı ilə bağlı müəyyən informasiya qarışıqlığı var və müzakirələr aparılır. Bu müzakirələr daha çox ABŞ-da neft hasilatının artması fonunda qısa müddət ərzində neftin qiymətində əhəmiyyətli enmə ehtimalına fokuslanıb. Bu da Azərbaycanda valyuta bazarı iştirakçılarında müəyyən qərar qəbul etməyə və müəyyən qədər təsir göstərməklə alışın həcmini artıb. Ona görə də son həftələr ictimai müzakirələr daha çox məzənnə dəyişikliyi istiqamətindədir. Deyilir ki, məzənnə dəyişəcək, manatın məzənnəsində artım baş verəcəkdir. Bu da öz növbəsində bazarda tələbi artıran faktordur. Bazar iştirakçıları da bu kimi informasiyalar fonunda öz mövqelərini gələcək risklərə uyğunlaşdırmaq istiqamətində qərarlar qəbul edirlər. Yəni indiki halda bazar iştirakçıları daha çox valyuta almağa meyllidirlər. Bu da son nəticədə özünü bankların davranışlarında göstərir. Biz son günlərdə müşahidə edirik ki, banklar valyutanın alışı üçün müəyəyn edilmiş məzənnə həddini artırıblar, yəni 1.70-dən yuxarıdır. Bildiyiniz kimi, bir müddət idi ki, valyutanın alışını banklar 1.70-dən aşağı məzənnə iə həyata keçirirdi. Amma bu gün banklar 1.70-dən yuxarı məzənə ilə alışı həyata keçirirlər. Hansı ki, Mərkəzi Bankda son həftələrdə konkert olaraq məzənnə 1.70 deyil. Belə bir şəraitdə banklar nə üçün Mərkəzi Bankın keçirdiyi hərraclarda valyutanı daha aşağı qiymətə almırlar, vətəndaşdan daha yuxarı qiymətə alırlar sualı ortaya çıxır. Bu isə onu deməyə əsas verir ki, faktiki olarq bu gün keçirilən hərraclarda təklif olunan valyutanın həcmi tələbə uyğun deyil. Bütövlükdə götürəndə o faktorlar bu gün Neft Fondunun satışlarında özünü göstərir”,-dedi ekspert.
“5,4 milyard dollar sabitliyin qorunmasına kifayət edəcəkdir”
İqtisadçı onu da vurğuladı ki, Neft Fondu 2018-ci il ərzində bazarlara daha çox xarici valyuta təklif etməlidir: “Çünki Neft Fondunun dövlət büdcəsi qarşında öhdəliyi, yəni transfertlərin həcmi ötən il ilə müqayisədə 51 faiz artırılıb. Ötən il bu rəqəm 6,1 milyard idisə, 2018-ci ildə bu rəqəmin 9,2 milyard olması gözlənilir. 9,2 milyardı isə 1.70 məzənnə ilə götürsək, təxminən Neft Fondu il ərzində 5,4 milyard ABŞ dolları xərcləməlidir. Bunun da aylıq orta göstəricisi 450 milyon dollardır. Birinci ayda Neft Fondu 299 milyon satış həyata keçirib və növbəti aylarda tələbatın artması birinci ayda özünə qənaəti kompensasiya edilməsinə müəyyən qədər kömək etdi. Düşünürəm ki, il ərzində Neft Fondunun bazarlara təkilf edəcəyi 5,4 milyard ABŞ dolları sabitliyin əhəmiyyətli səviyyədə qorunmasına kifayət edəcəkdir. Əgər neftin qiymətində hər hansı dəyişilik baş verməsə, məzənnə dəyişikliyi olmayacaq”.
“Fundamental və müvəqqəti faktorlar məzənnəyə təsir göstərir”
“ABŞ-da neft hasilatının artması ilə bağlı psixoloji məqama diqqət çəkdiniz. Bu, deməyə əsas veirirmi ki, Azərbaycan manatının yenidən dəyərini itirməsi ehtimalı var” sualına R. Həsənov belə cavab verdi: “Hələlik bununla bağlı birmənalı proqnozlar vermək mümkün deyil. İdxalın həcmində artım var. Azərbaycan da təbii ki, məzənnənin formalaşmasına yerli və xarici faktorlar, o cümlədən fundamental və müvəqqəti faktorlar məzənnəyə təsir göstərir. Fundamental faktorlardan biri neftin qiymətidir. Neftin fiskal qiyməti 2018-ci il üçün 45 dollardan götürülüb. Amma bu gün onu orta hesabla 65 dollardan yuxarı satır. Yəni burada əlavə yığım imkanı yaranıbdır. Nəticədə həm də Neft Fondunun aktivlərində müəyyən qədər artım baş verib. Həmçinin Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminə artım baş verib. Yəni bu, tədiyyə balansına öz müsbət təsirini göstərib, amma bununla yanaşı biz onu da nəzərə almalıyıq ki, ola bilsin ki, yay aylarında OPEK ölkələri və o təşkilata daxil olmayan ölkələrinn 2018-ci ildən sonrakı dövr üçün hasilatın tənzimlənməsi sazişinin artırılması baş tutmasın. Belə olduğu təqdirdə təbii ki, neft bazarında ciddi qiymət dəyişiklərini gözləmək olar. Amma mənim ehtimalım ondan ibarətdir ki, bu razılaşma baş tutacaqdır və 2018-ci il ərzində neftin qiyməti təxminən 65 dollar ətrafında olacadır. Bu isə hökumətə idxaldan və digər səbəblərdən qaynaqlanan valyuta tələbinin tənzimlənməsi şəraitini yaradacaqdır. Istəniən halda biz iki ya ərzində təkcə idxalda 500 milyonluq artımdan söhbət edirksə, (bu tədiyyə balnsının sadəcə bir elementdir) bu oxşar templə davam edərsə, bu təxminən 3 milyard valyuta tələbinin ehtimalı deməkdir. Qeyd etdiyimiz kimi, burada neftin qiymətinin büdcədə götürüldüyündən baha qiymətə satılması öz köməyini göstərə bilər”.
““Üzən məzənnə” rejiminin tətbiq edilməsi vacibdir”
R.Həsənov onu da nəzərə çatdırdı ki, manatın gələcək taleyi hökumətin məzənnə siyasətindən də asılı olacaq: “Çünki bu gün faktiki müşahidələrimiz onu deməyə əsas verir ki, “üzən” valyuta rejimi deyil. Təbii ki, iqtisadiyyatın dayanıqlı inkişafı üçün “üzən məzənnə” rejiminin tətbiq edilməsi vacibdir. Bu, xüsusilə d xarici investisiyanı cəlb etmək üçün əsas elementlərindən biri hesab olunur. Əgər seçkilərdən sonra hökumət belə bir qərarı verərsə, həqiqətən də real məzənnə üçün şərait yaradarsa, o zaman manatın məzənnəsində əlavə risklər yarana bilər”.
Şamo EMİN, Hurriyyet.org
araz.az xəbər portalı.