Qazi Mustafa Kamal paşa Atatürk.
anadan olmuş – 1881 Saloniki, Saloniki vilayəti, Osmanlı İmperiyası
Vəfat etmiş – 10 noyabr 1938, Beşiktaş, İstanbul, Türkiyə — osmanlı-türk paşa, marşal, islahatçı, siyasətçi və dövlət xadimi.
Ölkəsində monarxiyanı ləğv edərək respublikanı qurdu və 1923-cü ildən 1938-ci ildəki vəfatına qədər prezident vəzifəsini icra etdi.
Birinci Dünya Müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk; Çanaqqala Cəbhəsinde polkovnikliyə, Sina-Fələstin Cəbhəsinde isə İldırım Orduları (7-ci Ordu) generallığına təyin edilmişdir. Döyüşün sonunda Osmanlı İmperiyasının məğlubiyyətini taxıban Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatına öndərlik etmişdir. Qurtuluş döyüşü müddətində Ankara Hökumətini qurmuş, hərbi hərəkətləriylə Antanta dövlətləri tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğratmış və türk millətini zəfərə aparmışdır. Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir və sekulyar bir millət dövlətinə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar başlatmışdır. Liderliyi altında minlərlə yeni məktəb inşa edildi. İbtidai təhsil pulsuz və zəruri hala gətirildi. Qadınlara bərabərlik və siyasi hüquqlar verildi. Kəndlilərin kürəyinə yüklənən ağır vergilər azaldıldı. Türk orduları baş komandiri olaraq Sakarya meydan müharibəsindəki müvəffəqiyyətinə görə 19 sentyabr 1921-ci il tarixində “Qazi” adını almış və marşallığa yüksəlmişdir. Xalq Firqəsini qurmuş və ilk ümumi başçısı olmuşdur. 1938-ci ildəki vəfatına qədər ard-arda 4 dəfə prezident seçilən Atatürk, bu vəzifəni ən uzun müddət icra edən prezident olmuşdur.
Atatürk tarixdə oynadığı əhəmiyyətli rola görə bir çox yazıçı və tarixçi tərəfindən haqqında 379 əsər yazılmışdır. Bu yönü ilə haqqında ən çox əsər yazılan ilk 100 adam arasındadır. Həmçinin dünyada ilk dəfə və tək nümunə olmaq üzrə, Birləşmiş Millətlərin UNESCO təşkilatı tərəfindən, özünün 100-cü doğum ili olması səbəbiylə və bütün ölkələrin yekdilliklə 1981-ci il “Atatürk ili” olaraq qəbul edilmişdir. Jurnallarının noyabr 1981 sayında da, Atatürk və Türkiyə mövzusu ələ alınmışdır.
Ruhu şad olsun!
Teref.az
araz.az xəbər portalı.