Yaxın günlərdə karantin rejiminin yumşaldılacağı gözlənir. Bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. O, bildirib ki, açıq havada maskadan istifadə ləğv edilə bilər. Toylar və ictimai nəqliyyatla bağlı da qaydalar hazırlanır.
Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər.
TƏBİB-in Departament müdiri Yaqut Qarayeva bildirib ki, son həftələrdə yoluxanların sayında azalma, sağalanların sayında isə artım müşahidə edilir. Bu da düzgün həyata keçirilən profilaktik tədbirlərin və vaksinasiyanın nəticəsidir. O qeyd edib ki, yaxın vaxtlarda tibbi maskalarla bağlı yeni qərarın elan ediləcəyi gözlənir.
Yaqut Qarayevanın sözlərinə görə, müzakirələr arasında ictimai nəqliyyatla bağlı bir sıra məsələlər də var. Departament müdiri vurğulayıb ki, toylar və insanların kütləvi şəkildə bir araya toplandığı digər mərasimlərlə bağlı da qaydalar hazırlanır. Karantin qaydalarının hansı dərəcədə yumşaldılması isə birbaşa olaraq vaksinasiya ilə bağlıdır.
Yaxın günlərdə xüsusi karantin rejiminin iyunun 1-dən sonra uzadılıb-uzadılmayacağı barədə də qərar veriləcək.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/oG2QzkZ6Yrk’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.