4297078

Yol polislərinin bu hərəkətini kameraya çəkən sürücü NAZİRƏ MÜRACİƏT ETDİ

 

Bakıda daha bir köməksiz vəziyyətdə qalan sürücüyə yol polisləri köməklik göstərib. Bu barədə sürücü redaksiyamıza məlumat ünvanlayaraq qeydə aldığı videogörüntüləri elektron ünvanımıza göndərib. Avtosfer.az sürücünün müraciətini olduğu kimi təqdim edir:

“Mayın 20-i səhər saatlarında hamilə olduğu üçün halı pisləşən yoldaşımı təcili xəstəxanaya çatdırmalı oldum. Yolda olarkən yoldaşımın və dünyaya gələcək övladımızın həyatı risk altında olduğu üçün paytaxtın Koroğlu Rəhimov küçəsində xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq vəziyyəti onlara izah etdim. Vəziyyətin həqiqətən də ciddi olduğunu görən yol polisləri dərhal məni müşayiət edərək xəstəxanaya çatmağıma kömək etməyə çalışdılar. Onlar tıxac olan ərazilərdə, svetoforun qırmızı işığı yanan küçələrdə təhlükəsizliyimizi qoruyaraq bizim üçün yol açdılar və vaxtında klinikaya çatdırdılar. Lakin həmin vaxt həyəcanlı olduğum üçün onlara təşəkkürümü çatdıra bilmədim. Avtomobilimin kamerasına qeyd olunan görüntülərə baxış keçirərkən məlum oldu ki, yoldaşımın həyatını  Bakı şəhər DYP İdarəsinin rəis müvaini – 99-YP-303, 10-cu tağımın komandiri Dilbazi Nəbiyev – 99-YP-470 və 99-YP-478 qeydiyyat nişanlı patrul maşınlarının əməkdaşları xilas edib”.

Sürücü, yoldaşının və dünyaya gələcək övladının həyatını xilas edən yol polisi əməkdaşlarına,  o cümlədən Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirir.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/9g7C4NtfrCU’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Təbriz YUSUBOV.

araz.az xəbər portalı.