big 1621620651 elmo

“Şəhidlikdən böyük zirvə yoxdur. Daha neyləməlidir ki, onun adına küçə, meydan verilsin? Şəhidin ordeni, medalı yoxdursa, adına küçə verməmək ədalətli yanaşma deyil”.

 

araz.az  xəbər verir ki, bunu deputat Elman Məmmədov parlamentdə çıxış edərkən deyib. Onun sözlərinə görə, şəhidin yenisi, köhnəsi yoxdur: “I Qarabağ müharibəsinin şəhidləri var. Onların rayon yerlərində məzarları var. Ancaq baxımsız vəziyyətdədir. İcra başçısından soruşursan ki, həmin şəhid məzarını bir dəfə gedib görmürsənmi? İcra başçısı deyir ki, pulumuz yoxdur və.s”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva da şəhidlərin adlarının əbədiləşdirilməsinin mühüm məsələ olduğunu deyib.  Həmçinin orden, medallarının ailələrə təqdim edilməsi məsələsinin sürətləndirilməsini təklif edib. 

 

 

araz.az

araz.az xəbər portalı.