PUTİN

 
“Ölkəmizi dişləmək istəyənlərin, dişlərini qırarıq!”
 
araz.az   bildirir ki,bu sözləri Rusiya prezidenti Putin “Qələbə” komitəsinin iclasında çıxışı zamanı deyib.
“Hamı bizi “dişləməyə”, nəsə qoparmağa cəhd edir. Onlar bilməlidirlər: Belələrinin dişlərini qarınlarına tökərik. Bunun təminatı da silahlı qüvvələrdir“-deyə Putin vurğulayıb.
Putin qeyd edib ki, Rusiya bununla yanaşı iqtisadiyyatın hərbiləşdirilməsi yolu ilə getmir. O bildirib ki, bu müdafiə xərclərinə 42 milyard dollar ayırıblar. ABŞ-da isə bu 770 milyard dollardır.
Prezidentin sözlərinə görə, ölkə güclü olmağa başlayan kimi onun opponentləri bu inkişafı məhdudlaşdıran səbəblər axtarıb tapırlar.
 
 
araz.az

araz.az xəbər portalı.