Belarus Xarici İşlər Nazirliyi Riqada respublikanın dövlət bayrağı təhqir olunduğu üçün Latviya səfiri və səfirliyin bütün əməkdaşlarını ölkəni tərk etməyə çağırıb.
araz.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus XİN başçısı Vladimir Makey deyib.
“Səfirə sözügedən nota təqdim olunub. Biz bu təxribatçı addımı cavabsız qoya bilməzdik. Buna görə də səfirə 24 saat ərzində Belarusu tərk etmək təklif olunub”, – XİN başçısı bildirib.
“Röyters” agentliyinin məlumatına görə, Latviya da Belarus səfiri və diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərar verib.
araz.az
araz.az xəbər portalı.