1621923803 15785726022019-cu ildə ölkədə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə aylıq gəliri 8 000 manatdan artıq olan muzdlu işçilərin sayı 4 626 nəfər olub.

araz.az  oxu.az-a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Bildirilib ki, bu şəxslərdən büdcəyə daxil olmuş gəlir vergisinin məbləği 24 milyon 031,3 min manat təşkil edib. Göstəricilərin təhlilinin nəticələrinə əsasən müəyyən edilir ki, 2019-cu ildə bu şəxslər üzrə 1 nəfərin aylıq gəliri orta hesabla 11,1 min manat təşkil etdiyi halda, koronavirus infeksiyası ilə əlaqədar pandemiya şəraitində bu şəxslər üzrə 1 nəfərin aylıq gəliri orta hesabla 2 min manat artıq olmaqla 13,1 min manat məbləğində proqnozlaşdırılıb.
Büdcəyə bu mənbədən faktiki daxil olmuş məbləğ belə şəxslərin saylarının il ərzində dəyişməz qaldığı halda onların gəlirlərinin əvvəlki illə müqayisədə təqribən 3,5 dəfə artması kimi qiymətləndirməsinə əsas verir.

Qeyd edilib ki, aylıq gəliri 8 000 manatdan artıq olan muzdlu işçilərin saylarının və ya onların gəlirlərinin belə kəskin şəkildə dəyişməsi 2020-ci ildə pandemiya ilə mübarizə çərçivəsində ölkədə əsasən qeyri-dövlət sektorunu əhatələməklə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı qeyri-dövlət sektoruna dövlət büdcəsinin vəsaiti hesabına 206,9 milyon manat məbləğində maliyyə dəstəyinin göstərilməsi fonunda baş verib.

 

 

araz.az

araz.az xəbər portalı.