“Bu gün yüzlərlə kartof dolu TIR Rusiya- Azərbaycan sərhədində Samur gömrük postunda qalıb. Bu məhsullar məhv olmaq təhlükəsi ilə üz-üzədir”.
araz.az xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentdə çıxışında deyib. O qeyd edib ki, təmsil etdiyi Cəlilabad rayonunda 5400 hektar kartof əkilib:
“Fermerlər gərginlik içərisindədir. Samur postunda yüzlərlə kartof dolu TIR-lar dayanıb. Bu da məhsulun yolda qalaraq məhv olmasına gətirib çıxarır. Bu, bir həyəcan təbilidir”.
araz.az
araz.az xəbər portalı.