WhatsApp Image 2021 05 26 at 16.34.32

Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda deyilir ki, həmin gün həm aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərə vaksinin ikinci dozası tətbiq ediləcək, həm də vaksinasiyadan keçməmiş media təmsilçilərinə peyvənd olunmaq üçün şərait yaradılacaq.
Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
1. Adı, soyadı, atasının adı;
2. Doğum tarixi;
3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı Mətbuat Şurasının info@presscouncil.azmetbuatshurasi@gmail.com ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmovdur. Telefon əlaqəsi (012) 441 35 30, (050) 206 96 02 nömrələrlə mümkündür.

Məlumatda o da bildirilir ki, COVID-19 infeksiyasına qarşı vaksinin hər iki dozası tətbiq edilmiş jurnalistlər, bununla əlaqədar müvafiq sənədi mayın 31-dən başlayaraq, Mətbuat Şurasından əldə edə biləcəklər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.