lpin

Alpinist kurslarına gedərək xüsusi bacarıqlara yiyələnməklə Bakıda evlərdən ümumilikdə 2 milyon manatlıq oğurluq edən dəstənin təzə cinayət əməlləri ortaya çıxıb.

araz.az xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş Əhməd Əhmədovun və Cavid Süleymanovun ətraflarında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda daha üç evdən ümumilikdə 100 600 ABŞ dolları, 700 avro, 5 000 manat dəyərində geyim, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

araz.az xəbər portalı.