“Bu, rəmzi baxımdan Azərbaycana dəstək kimi qiymətləndirilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Şuşada Türkiyə konsulluğunun açılması ilə bağlı danışarkən deyib. Politoloq türk dövlətinə təşəkkür edib:
“Həmrəylik bildirirlər. Bu, rəmzi səciyyə daşıyan addımdır. Onun əməli əhəmiyyəti yoxdur. Çünki konsulluq o yerlərdə açılır ki, orada müvafiq dövlətin vətəndaşları xeyli sayda gəlir. Şuşaya nə qədər türk vətəndaşı gələcək ki, orada konsulluq açılsın, konsulluq onların hüquqi, iqtisadi və siyasi maraqlarını təmin etsin. Ora olsa-olsa 10-15 nəfər türk gələcək. İl ərzində 100-150 nəfərin gəlişinə görə konsulluq açırlarsa, ona görə təşəkkür edirəm”.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Şuşada Türkiyə konsulluğunun açılması ilə bağlı qərar verildiyini deyib.
Bahar RÜSTƏMLİ
araz.az xəbər portalı.