f27b8e55e9e47599c44f3a6cb64dd

Bütün ermənilərin katolikosu II Qaregin Zəngəzura (Sünik) və Azərbaycanın Qarabağ bölgəsinə gələcək.

araz.az  Axar.az-a istinadən  xəbər verir ki, bunu Eçmiədzin kilsəsinin dəftərxana rəhbəri Ter Vaqram Məlikyan deyib.

II Qareginin səfərinin gələn həftənin sonunda baş tutacağı bildirilib.

“Zəngəzur və Qarabağda müxtəlif tədbirlər planlaşdırılıb”, – Məlikyan qeyd edib.

Onun sözlərinə görə, katolikos Qarabağda erməni ziyarətgahlarına və Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan rayonlarına baş çəkəcək. 

 

 

araz.az

araz.az xəbər portalı.