digital euro

Avropa Mərkəzi Bankı İdarə Heyətinin üzvü Fabio Panetta rəqəmsal avronun istifadəsi üçün ən erkən tarixin 2026-cı il ola biləcəyini söyləyib.

Cebhe.info xəbər verir ki, Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Fabio Panetta açıqlamasında rəqəmsal avro üzərində işə başlamalarının səbəbinin trend və təhlükəsizlik olduğunu bildirib. Panetta rəqəmsal avroya iki səbəbdən ehtiyac duyduqlarını deyib:

İnsanların daha çox onlayn alış-veriş etdiyini görürük və bu tendensiya davam edərsə, nağd pul istifadəsi azalacaq. Bizim vəzifəmiz suveren və təhlükəsiz pul təmin etməkdir. İkincisi, Avropa pərakəndə bazarına bir neçə xarici faktorun hakim olmasına icazə verə bilmərik. Avropanın rəqəmsal ödəmələrin həllində yeri olmadan pul və maliyyə müstəqilliyimiz təhlükə altındadır”.

Rəqəmsal avronun istifadəçilərinə tamamilə təhlükəsiz, risksiz bir ödəmə vasitəsi təqdim edəcəyini vurğulayan Panetta tənzimləmə olmadığı təqdirdə bu cür alətlərdə böyük investisiya axınlarının yaşana biləcəyini və bunun maliyyə sabitliyinə risk yarada biləcəyini söyləyib: “Ancaq bu risklərdən çəkinəcəyik”.

Panetta bunun iki yolunun olduğunu vurğulayıb: “Fərdi rəqəmsal avroya sahib olmağı ya məhdudlaşdıracağıq, məsələn, 3 min avrodan çox saxlamaq qadağan ediləcək. Yaxud da müəyyən bir məbləğin üzərində saxlanılan pulu kəsəcəyik”.

Rəqəmsal avronun nə vaxt əldə ediləcəyi ilə bağlı suala Panetta “Hədəfə çatmaq üçün 5 ildə hədəfə çatmaq üçün müzakirələrə başladıq” cavabını verib.

Çinin 2013-cü ildə və İsveçin 2017-ci ildə rəqəmsal pulla bağlı müzakirələrə başladığını xatırladan Panetta bu ölkələrin 2026-cı ildə pul təqdim edəcəklərini vurğulayıb.

Tələsmək istəmədiklərini və bunun bir yarış olmadığını söyləyən Panetta “Biz istifadəçilər üçün işləməyəcək və ya qeyri-sabitlik yaradacaq rəqəmsal pul buraxmaq riskini ala bilmərik. Hər kəsdən əvvəl bitirmək üçün tələsmirik”.

Nigar
Cebhe.info

araz.az xəbər portalı.