Avtosfer.az-ın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə hazırladığı “Qaydalar hamı üçündür” adlı layihənin buhəftəki qonağı tanınmış aktyor, aparıcı İlkin Həsəni oldu.
Aparıcı nəinki yol hərəkət qaydalarından danışdı, həmçinin irad və təkliflərini də bildirdi.
Yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edən aparıcı videoregistatoruna düşən qayda pozuntularını da ara-sıra sosial şəbəkələrdə paylaşır və bu yolla sürücülərə bir daha yollarda diqqətli olmağın vacibliyini xatırladır:
“Registatoruma düşən qayda pozuntularını lazım gəldikcə paylaşıram ki, bir də bunu etməsinlər”.
İlkin Həsəni “tanınmışlar cəmiyyətə yaxşı nümunə olmalıdır” fikri ilə tam razı olsa da, zamanında etdiyi qayda pozuntusunu xatırlayanda hələ də utanır.
“Təklif edirəm ki, dayanma-durmaya görə cərimələr qaldırılsın”.
Bakı şəhərində demək olar ki, böyük bir problemə çevrilən parklanma məsələsindəki çətinliklər İlkin Həsənini də narahat edir. O, bu işin çarəsini cərimələrin qaldırılmasında görür.
16 ildir ki, avtomobil idarə edən tanınmış aparıcı özünü yaxşı sürücü hesab edir.
O deyir ki, danışıqları və əməlləri ilə minlərlə insana örnək olan tanınmışlar yollarda da bunu unutmamalıdır.
araz.az
araz.az xəbər portalı.