arif hacilijpg 1589443485“İsa Qəmbərin müalicə olunduğu dövrdə Bakıda, Ankarada, Almaniyanın Manheim şəhərində daim onun yanında olaraq müalicə ilə bağlı işləri koordinasiya etdiyim üçün bilirəm ki, onun həyatını ilk mərhələdə Azərbaycan və Türkiyə, həlledici olaraq isə Almaniya həkimləri xilas edib”.

araz.az  xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, müalicənin bütün xərcləri İsa bəyin ailəsi, yaxınları, qardaşı Adil və müsavatçılar tərəfindən ödəninilib: 

“Bakı Mərkəzi Klinik Xəstəxanasında İsa Qəmbərin müalicəsi ilə bağlı heç bir güzəşt edilməyib.

Ən yüksək tariflə hesablanmış müalicə xərclərinin ödənməsi üçün məsələn, Almaniyanın Manheim xəstəxanasından fərqli olaraq möhlət də verilmədi.

Dünən bu barədə yayılan yazı ətrafında gedən müzakirələrdən də görünür ki, bu yalanın harada, kimlər tərəfindən, hansı məqsədlə uydurulub şayiə şəklində yayılması və indi tirajlanmasının səbəbləri hər kəsə aydındır”.

img
 
 
araz.az

araz.az xəbər portalı.