trend nurlana aliyeva 160118 04Ləğv olunmuş keçmiş Azərbaycan Müəllimlər İnstitutunun adından verilmiş saxta diplomlar onları daşıyan şəxslərin başına indi də oyun gətirməkdədir. Oyun dedikdə, biz heç də təkcə aldadılmışların diplomdan gözlədikləri imtiyazdan məhrum olmalarını nəzərdə tutmuruq. Məsələ burasıdır ki, həmin şəxslər hal-hazırda da bəzi möhtəkirlər tərəfindən aldadılmaqda davam edirlər.

DEKAN REKTORA 270 MINI NECƏ “ATDI”-VIDEO

Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına Füzuli rayonundan olan məcburi köçkün Səttarov Sərdar Amil oğlu adlı vətəndaş müraciət edərək bildirmişdir ki, 2018-ci ildə nüfuzlu ali təhsil ocağında təkrar ali təhsil almaq niyyətilə Bakı Slavyan Universitetinə müraciət etmiş, sənədləri sırasında ləğv olunmuş AMİ-nin Qazax filialını 2012-ci ildə bitirdiyini və “tarix və coğrafiya müəllimi” ixtisasına yiyələndiyini təsdiqləyən diplomunu təqdim etmişdir. Universitetin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri dosent Dürdanə Əliyeva ona təklif etmişdir ki, sənədindəki çatışmazlığı pul verərək “kompensasiya” etməlidir. Sərdarın sözlərinə görə, Dürdanə müəllimə ilə anlaşdıqları kimi BSU-nun Psixologiya fakültəsinin tələbələri sırasına qəbul olunmaq üçün ikincinin tələbi ilə ona nağd formada 2000 AZN əlbəəl pul vermişdir. Daha sonra 02.10.2018-ci il tarixdə isə Universitetin hesablaşma hesabına 1000 AZN təhsil haqqını rəsmi qaydada ödəyərək 18960 nömrəli qəbz, rektorun imzası və möhürü ilə təsdiqlənmiş və ona 100 AZN-ə başa gələn BM-ƏT-35/19 nömrəli “tələbə bileti” də almışdır.
DEKAN REKTORA 270 MINI NECƏ “ATDI”-VIDEO
DEKAN REKTORA 270 MINI NECƏ “ATDI”-VIDEO

S.Səttarov deyir ki, ilk üç ay əyani şöbənin tələbələriylə birgə dərsə gəlib-gedəndən sonra Dürdanə onu çağırıb demişdir ki, diplomunun rekvizitləri saxtadır, amma bu işi yoluna qoymaq olar, Psixologiya fakültəsini də Beynəlxalq münasibətlər fakültəsinə dəyişməyi təklif etmişdir. Bu “yola qoymaq” məsələsi Sərdara 500 AZN bir, 300 AZN də bir ödəməklə 800 AZN-ə başa gəlmişdir.

2019-cu ildə Sərdara Fizuli rayon icra hakimiyyətində işə düzəlməsi imkanı yaranır, D.Əliyeva Sərdara onun BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə II kursda oxuduğunu təsdiqləyən 09.12.2019-cu il tarixli 208 saylı arayış da verir ki, Füzuli rayon İcra Hakimiyyətinə təqdim etsin. Beləliklə, 2021-ci ilin əvvəlinə qədər Sərdar elə bilirmiş ki, BSU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir və qiyabi təhsil alır.

DEKAN REKTORA 270 MINI NECƏ “ATDI”-VIDEO

Lakin o, öz saydığını saymaqda, görək Dürdanə Əliyeva nə sayırmış!: Sərdara xəbər verir ki, sənədlə bağlı yenə problem üzə çıxıb, “portala oturmur”. “Məşədi İbad oyunu”na düşən, amma yarı yoldan qayıtmaq istəməyən Sərdar naəlac qalıb Dürdanənin “iş düzəltmək” xidmətindən yenə istifadə etmək qərarına gəlir və onun bu dəfə istədiyi daha böyük məbləğdə pulu – 4000 AZN-i tapıb verir. Di gəl, iki ay əvvəl xəbər tutur ki, o, BSU-nun tələbəsi deyilmiş (?!). Daha irəli getməyə yolu qalmayan Səttarov rektora da şikayətçi düşüb.

Məsələ ilə əlaqədar BSU-nun rektoru professor Nurlana Əliyeva ilə telefon əlaqəsi yaradıb suallarımızı verdik. Rektor bizi Universitetə dəvət edib kabinetində qəbul etdi. Bildirdi ki, Dürdanə Əliyevanın barəsində edilən şikayətlər əsasında Baş Prokurorıluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedir. Rektorun sözlərinə görə, Dürdanə Əiliyevanın işdəycələri ucbatından universitetin kassasından 150.000 AZN pul əskik gəlib və onun ayrı-ayrı vətəndaşlardan üst-üstə 100.000 AZN rüşvət alaraq mənimsədiyi üzə çıxıb. Jurnalist araşdırmaları məticəsində məlum oldu ki, dekan ümumilikdə rektora 270.000 manat «atıb». “Tələbə biletin”nə gəlincə, rektor biletin üstündəki imzanın və möhürün saxta olduğunu bildirdi. Nurlana Əliyevanın söhbətdə iştiraka dəvət etdiyi tərbiyə işləri üzrə prorektor Xanım Sultanova da gözlədiyimiz kimi onun sözlərini təsdiqlədi və əlavə etdi ki, Dürdanə Əliyevanın korruptiv əmməllərindən çoxdan xəbərləri varmış və o, qanunazidd üsullarla əldə etdiyi külli miqdarda haram kapital hesabına paytaxtın Yasamal və Nəsimi rayonlarında yeni tikilmiş “göydələn”lərdə bir neçə bahalı mənzil alıb. Ancaq rektor S.Səttarovun rəsmi qaydada ödəyib qəbz aldığı 1000 manat təhsil haqqına ağlabatan izah verə bilmədi.

Əslində isə BSU-nun rektorunun izah etməli, aydınlıq gətirməli olduğu qaranlıq məsələlər çoxdur. Məsələn, zərrəbinsiz gözlə baxmaqla da sezilir ki, xeyli müddətmiş Dürdanə Əliyevaya vəzifəsindən kənara çıxan geniş səlahiyyətlər verilibmiş. Üstəgəl, nəyə görə D.Əliyevanın qanunsuz əməlləri barədə birinci olaraq hüquq-mühafizə orqanlarına rektor və adlartı çəkilənlər özləri xəbər verməyiblər?

Bildirildiyinə görə, həbs olunan Dürdanə Əliyeva istintaqa ifadə verib ki, qanunazidd nə iş görübsə, hamısından rektorun xəbəri var və rüşvət kimi aldığı pulları Nurlana Əliyevaya verib. Sözsüz ki, Nurlana Əliyeva bunca ciddi ittihamla barışmayacaq, ancaq son sözü əlbəttə ki, istintaq deyəcək.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/SH_mQNaDDFM’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Deryaz.az

araz.az xəbər portalı.