1622181189 qaraba 1Bu gün Qərb dünyasının xristian təəssübkeşkiyi ilə erməni təbliğat maşınının yalanları birləşincə, beynəlxalq aləmdə Azərbaycan əleyhinə ictimai rəy formalaşdırılması qaçılmaz hala gəlir. Tarixi həqiqətləri görmək istəməyən Qərb dünyası Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərində suverenliyini qurmaq səylərini belə süngü ilə qarşılayır. 

Ən paradoksal olan budur ki, 30 il boyunca  bizi torpağının 20% işğal altında olan bizi təcavüzkarlıqda qınayanlar tapılır. Halbuki II Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramasına rəğmən, bu gün belə, ermənilər Azərbaycanın BMT tərəfindən qəbul olunmuş torpaqları üzərində haqq iddiasındadırlar. Baxmayaraq ki, özlərinin yaşadığı ərazilər rus imperiyası tərəfindən bizdən qoparılıb onlara hədiyyə edilib. Biz isə bu tarixi ədalətsizliklə barışır, mehriban qonşuluq xətrinə Ermənistanın ərazi bütövlüyünü tanıyacağımızı bildiririk. Bəs ermənilər necə? Azərbaycanın ərazi bütovlüyünü tanımağa hazırdırmı? 

Fikrimizcə, kimin təcavüzkar və regional sülh üçün əngələ çevrilmiş qüvvə olması bu sualın cavabında gizlidir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropa İttifaqının “Karabakh Space” portalında dərc olunan “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, Ermənistan da buna hazırdırmı? başlıqlı məqaləsi  adından da göründüyü kimi, bu suala cavab axtarır.


Vasif Hüseynov
 

Ovqat.com-un məlumatına görə, məqalədə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında gedən ərazi bütövlüyü və suverenlik mübahisələri təhlil olunur. 

Qeyd edilir ki, 44 günlük savaşdan əvvəl tərəflər arasında Azərbaycanın torpaqlarının işğalı və beləliklə, ölkəmizin ərazi bütövlüyü məsələsi müzakirə edilirdisə, müharibədən sonra Ermənistanda ərazi bütövlüyü ilə bağlı narahatlıqlar yaranıb. Müəllifin fikrincə, mayın 12-də Ermənistan hakim dairələrinin guya Azərbaycan ordusunun iki dövlət arasındakı sərhədi pozaraq Ermənistan ərazisinə daxil olması ilə bağlı yaydıqları əsassız iddialar fonunda bu məsələnin aktuallığı daha da artıb. “Yaxşı xəbər budur ki, tərəflər bu məsələləri qeyri-hərbi yolla həll etməyi seçdilər. Mayın 20-də Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətinin Azərbaycanla beynəlxalq sərhəd komissiyasının yaradılması barədə sazişi müzakirə etdiyini təsdiqlədi. Onun sözlərinə görə, razılıq əldə olunarsa, komissiya Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasını həll edəcək”,- deyə müəllif qeyd edir.

Vasif Hüseynov bildirir ki, Azərbaycan hökuməti prosesə tam dəstək verir: “Prezident İlham Əliyev mayın 20-də elan edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, lakin Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ölkə başçısı Ermənistanla sülh müqavilə danışıqlarına hazır olduğunu da vurğulayıb”.

 

 

araz.az

araz.az xəbər portalı.