55c265d3 8c62 4392 8e4c a81052750e28smayıllı rayonu Yekəxana su anbarı milyonçu Fərhad Əhmədov tərəfindən alınıb və həmin ərazidə istirahət mərkəzi inşa edilib. Əraziyə milyonlarla vəsait sərf olunub və ərazi cənnətə çevrilib. Ancaq həmin istirahət mərkəzində işləmiş fəhlələrin iddiası budur ki, gördükləri işlər üçün onlara pul verilməyib. Bu barədə dosye.org-a bir neçə şikayətçi məlumat verib.
Şikayətçi Şövqi Şərifovun dediklərindən:

Mən 2018-ci ilin dekabrından 2019-cu ilin aprelin ortalarına kimi Fərhad Əhmədovun obyektində işləmişəm. Ancaq günü bu günə qədər halalca əməkhaqqımı ala bilməmişəm.

Şikayətçi Rafiq Mirzəyev:

Mən 2017-ci ilin noyabr ayından başlayaraq 2019-cu ilin aprelin ortalarına kimi Fərhad Əhmədovun obyektində usta işləmişəm. Ancaq indiyə kimi pulumu ala bilməmişəm.

Şikayətçi Telman Qarayev:

Mən 2017-ci ilin noyabr ayından başlayaraq,2019-cu ilin aprelin ortalarına qədər Fərhad Əhmədovun obyektində işləmişəm. İndiyədək zəhmət haqqımı ala bilməmişəm. Mən Fərhad Əhmədova sual verirəm. Bu qədər pulların qarşısında mənim puluma möhtacsan? Niyə mənim halal zəhmət haqqımı vermirsən? Mən bu vaxta qədər heç bir yerə müraciət etməmişəm. Ancaq indi medya vasitəsilə cənab prezidentə müraciət edirəm. Xahiş edirəm ki, Fərhad Əhmədov barəsində tədbir görsün. Fərhad Əhmədov özünü padşah kimi aparır. Biz pulumuzu tələb edəndə işçilərinə deyir ki, bunların pulunu kəsin,verməyin. Bizim Fərhad Əhmədovdan başqa bir tələbimiz yoxdur. Halal pulumuzu versin.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/kzzGvGVRS4I’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

DOSYE.ORG

araz.az xəbər portalı.