saglammaa01.jpg

Tam əminliklə deyə bilərik ki, bu tərəvəz qara ciyər üçün ən faydalı məhsullardan biridir.

Qədim zamanlarda ənginar zəhərlənmələr, ödemlər, sinqa (vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlik), kişilərdə impotensiya zamanı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.

Avropada ənginar delikates və “əsilzadələrin yeməyi” sayılırdı. Bu tərəvəzi yalnız varlı insanlar yeyə bilərdilər.

Ənginar müxtəlif vitaminlər (B qrupu, C, K), minerallar (kalium, sink, selen, mis, marqans, maqnezium, fosfor, kalsium, dəmir), karotin, orqanik turşular, qidalı liflərlə
Ənginar qara ciyərin fəaliyyətini yaxşılaşdırır, təmizləyir və qara ciyərin hüceyrələrini bərpa edir. Bu tibbdə təsdiq olunmuş faktdir. Məhz bu səbəbdən dünya əczaçılıqda bu tərəvəzi, onun yarpaqlarını və köklərini müxtəlif qara ciyəri bərpa edən təbii dərmanların tərkibinə daxil edirlər.

Ənginar öd kisəsinin fəaliyyətinə və sağlamlığına olduqca müsbət təsir edir – ödqovucu effekt verir, öd kisəsində durğunluğu aradan qaldırır, öd kisəsinin iltihabının qarşısını alır.

Ənginar həmçinin sidikqovucu, iltihabəleyhinə təsirə malikdir. Qanda şəkərin və “pis” xolesterinin səviyyəsini aşağı salır.

Təsdiq olunub ki, bu tərəvəzin müntəzəm qəbulu orqanizmi toksinlərdən, ağır metalların duzlarından, nitratlardan və s. ziyanlı maddələrdən təmizləyir.

Ənginar həzm proseslərinə də müsbət təsir edir – iştahanı artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən və köpdən azad edir, bağırsaqların mikroflorasına müsbət təsir edir.

Ənginar mübadilə prosesləri yaxşılaşdırır və sürətləndirir. Arıqlamaq istəyən insanlar bu azkalorili tərəvəzi öz qidalanmasına rahat daxil edə bilərlər.

Ənginar şirəsi dəriyə müsbət təsir edir – iltihabları azaldır, psoriaz, ekzema kimi xəstəliklər zamanı kömək edir.

Antioksidantlarla zəngin olan ənginar orqanizmdə qocalma prosesləri ləngidir, ürək-damar sistemi xəstəliklərinin, xərçəng xəstəliklərinin qarşısını alır.

Belə hesab olunur ki, ənginar şirəsi kişilərin cinsiyyət sistemi üçün çox xeyirlidir – ponetsiyanı artırır.

Ənginar kulinariyada geniş istifadə olunur. Ənginarı bişirirlər, qızardırlar, müxtəlif tərəvəz qidalarına, pissalara, piroqlara və s. əlavə edirlər. Təzə ənginar salatlara əlavə olunur.

Saglamolun.Az

araz.az xəbər portalı.