1622186654 1622179684 0001 1

Çoxunuz düşünə bilərsiz ki,qədim xalq sənəti olan misgərlik hara,enerjinin istehsalı və ötrülməsi ilə məşğul olan dövlət qurumu Azərenerji hara?!Əlbəttə bu söz özündə nə qədər köhnə sənətgarlıq nümunəsini əks elətdirsə də, Azərenerji ASC-də bu gün stansiya və yarımstansiyalarda yenidənqurma işləri zamanı istismardan çıxarılmış yüz tonlarla əlvan metallar (mis,almünium və s),və qara metalların talanması ilə məşğul olan bir qurup talançıları qismən də olsa xarakterizə edir.

Bu gün ölkə başcısı cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra bütün dövlət orqanları qarşısında qoyduğu bir nömrəli prioritet məsələ Qarabağın yenidən bərpa olunmasıdı. Bu isə büyük maddi resurslar və görülən işlərdə şəffaflıq tələb edir.

Müzəffər ordu rəhbəri cənab İlham Əliyev xarici düşmənlərlə yanaşı bu gün ölkənin daxilindəki korrupsioner,talançı məmurlarla da mübarizə aparır.Bu cür qətiyyətli mübarizəyə baxmayaraq ölkə başcısı tərəfindən görəvdən alınmış talançıların tör-töküntüləri bütün sahələr kimi Azərenerjidə də yox deyillər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Azərenerji ASC-nin vitse prezidenti Ziyəddin Quluyev və “bacıoğlu” dediyi Orucov İlqar Qorxmaz oğlu tabeçiliyində olan yenidənqurma aparılan yarımstansiyaların rəislərini işdən qovmaqla təhdid edərək istismardan çıxarılmış tonlarla mis kabelləri sataraq ona verilməsini “şərt qoymuşdur”, o cümlədən Abşeron Şəbəkə Sahəsində və digər yarımstansiyalardan tonlarla mis kabellər bu gün də oğurlanaraq talanır.Əlbəttə bu cür dələduz insanların etdikləri qanunsuzları oğurluq kimi xarakterizə etmək oğrulara,oğru aləminə sayğısızlıq olar.Çünki,oğruların bir qaydası,bir raconu var.
Xarici borcu 2,5 mlrd dollar civarında olan bir dövlət şirkətinin prezidenti olan Balababa müəllim yarımstansiyalarda dəyəri on minlərlə,yüzminlərlə dollar olan elektirik avadanlıqlarının transformatorların,açarların tabeçiliyindəki Orucov İlqar,Quliyev Ziyəddin tərəfindən talanmasına aydınlıq gətirməlidi. Axı, Balababa müəllimin rəhbərlik etdiyi qurumun işi bilavasitə aydınlıq gətirməkdi.Biz isə aydınlıq arzulasaq da,aydın olmayan çox işlər aşkar etdik.
Mövzunu davam etdirəcəyik…

araz.az

araz.az xəbər portalı.