Xəbər verdiyimiz kimi, dünən 28 May Respublka Günü münasibəti ilə Azərbaycanın Moldovadakı Səfirliyində tədbir keçirilib.
Azərbaycan Respublikasının Moldova Respubikasındakı Səfirliyinin mətbuat xidmətindən araz.az-a verilən məlumata görə, tədbirdə Moldova Xarici İşlər və Avropaya inteqrasiya nazirliyinin dövlət katibi Dmitri Sokolan, Türkiyənin Moldovadak səfiri Gürol Sökmensüer, Belarusun Moldovadakı səfiri Anatoliy Kalinin, Moldova parlamentinin deputatları, ölkənin elm və mədəniyyət xadimləri, Moldova Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı gənclər, yeri KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan və Moldovanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq, qeyd edib ki, bu il Respublika Günü xüsusilə əlamətdardır, çünki bu tarixi ilk dəfə işğaldan azad olunmuş Şuşa ilə, Qarabağ ilə qeyd olunur, azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır.
Diplomat 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, cəsarətli, qəhrəmanlıq səlnaməsi yazan ordumuzun möhtəşəm qələbəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azaed olunduğunu, ədalətin bərqərar olduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini söyləyib. O, işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işlərinin aparıldığı və bölgəyə nəhayət sülün gəlməsini üçünbütün imkanların olduğunu qeyd edib.
Həmçinin səfir çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, bu dövrdə müstəqil dövlətçilik priniplərinin əsasının qoyulduğunu və 70 ildən sonra bu prinsiplər əsasında Azərbaycan xalqının çox mürəkkəb şəraitdə müstəqilliyini bərpa etdiyini söyləyib. O, 1993-cü ildə xalqın çağırışı ilə uu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığını, ümummilli liderin respublikanı dərin siyasi böhrandan çıxartdığını və ölkəmizin əsas inkişaf istiqamətlərinin təməlini qoyduğunu bildirib.Qüdsi Osmanov ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, əldə etdiyi möhtəşəm nailiyyətləri nəticəsində Azərbaycanın bölgədə lider dövlətinə çevrildiyini vurğulayıb. Bundan əlavə, səfir qonaqlara Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin çiçəklənməsi və inkişafına böyük töhfə verən genişmiqyaslı fəaliyyətindən danışıb.
Moldova-Azərbaycan münasibətlərinə toxunana səfir, ölkələrimiz arasında uzunmüddətli qardaşlıq və əməkdaşlıq əlaqələrinin olduğunu, beynəlxalq platformalarda Moldovanın Azərbaycana göstərdiyi dəstək və həmrəyliyə görə Moldova rəhbərliyinə təşəkkürünü bildirib.
Moldova Xarici İşlər və Avropaya inteqrasiya nazirliyinin dövlət katibi Dmitri Sokolan çıxışında Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edib, ölkəmizin sosial-iqtisadi inkişaf, beynəlxalq arenada qazandığı uğurları qeyd edərək, vətəndaşların həyatnı asanlaşdıran layihələr üzrə Azərbaycanın nümunəvi ölkə olduğunu bildirib. Dövlət katibi Moldova ilə Azərbaycan arasında 29 illik diplomatik münasibətlər dövründə hər iki tərəfin maraqlarını ifadə edən bir çox layihələrin həyata keçirldiyini,ölkələrimiz arasında əməkdaşlığın böyük potenialının olduğunu, bu istiqamətdə işlərin aparıldığını qeyd edib.
Bundan sonra qonaqlar Səfiriyin binası qarşısında yeni quraşdırılan ulu öndər heydər Əliyevin büst-heykəlinin önünə gül dəstələri düzüblər. Qeyd olunub ki, abidənin rəsmi şəkildə təntənəli açılışı gələcəkdə planlaşdırılır.
Daha sonra ümummilli lider Heydər Əliyevin dərin məna daşıyan və hər bir azərbaycanlı üçün vətənpərvərlik rəmzinə çevrilən: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam!” sözlərini üç dildə əks etdirən xatirə lövhəsinin açılışı baş tutub.
Xatirə lövhəsi Səfirliyin girişində quraşdırılıb.
Bundan əlavə, Səfirliyin ərazisində quraşdırılan Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların əziz xatirəsinə həsr edilən “Şəhidlər bulağı“nın açılışı olub.
Tədbirin sonunda qonaqlar müasir Azərbaycan dövlətinin inkişafının təsviri olan maraqlı və zəngin foto-sərgi ilə tanış olublar.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/mM9DB2htASI’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Tədbir yerli KİV-də geniş işıqlandırıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.