Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılır.
Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayır.
İşə iyunun 4-də hakim Eldar Mikayılovun sədrliyi ilə baxılacaq.
Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.
İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilə Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.
İş üzrə zərərçıkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
Qeyd edək ki, Sümbülə Əliyeva barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Musavat.com
araz.az xəbər portalı.