teymur55

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahnatçısı Teymur Rəcəbov finala gedən yolda Karlsenlə yenidən üz-üzə gəlib. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub – 3:1.

Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşiyə qalib gəlib – 2:1.

Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

29 may

Yarımfinal, cavab görüşləri

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov (Azərbaycan) – 3:1 (1:0; 0,5:0,5; 0,5:0,5; 1:0)

İlk oyun – 2:2

Uesli So (ABŞ) – Yan Nepomnyaşi (Rusiya) – 2:1 (0,5:0,5; 0,5:0,5; 1:0)

İlk oyun – 2,5:1,5

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

 

 

araz.az

araz.az xəbər portalı.