Müsavat Partiyasının başqanı Arif Hacılı Rusiyada 19 yaşlı gəncin güllələnməsinə görə Azərbaycan hakimiyyətinə çağırış edib.
Pravda.az-ın xəbərinə görə, A.Hacılı bildirib ki, polis saxlanılanlarla kobud rəftar edib.
“Kadrlardan da görünür ki, yol hərəkəti qaydaları pozuntusuna görə saxlanılanlarla aşırı kobud rəftar edilir. Polisə qarşı heç bir təhlükə yoxdur, əksinə polis sonra güllələdiyi şəxsi təpiklə və yumruqla vurur. Bu hadisə ötən il ABŞ-ın Minneapolis şəhərində baş verən və bütün dünyanı ayağa qaldıran Corc Floyd hadisəsi qədər dəhşətli hadisədir. Azərbaycanın Rusiyadakı səfirliyi, diaspor təşkilatlatları, Azərbaycan hakimiyyəti və cəmiyyətimiz bu hadisəyə biganə qalmamalıdır” – Müsavat başqanı bildirib.
araz.az
araz.az xəbər portalı.