Bəzən həm elanlarda, həm də ev alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən çıxarışı olmayan evlərin satışı təklif edilir. Təbii ki, bu evlərin qiymətində həmin ərazidəki digər evlərlə müqayisədə ciddi fərq olur. Ancaq məsələni maraqlı edən budur ki, sənədi olmayan evi necə satırlar?
Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, bu cür evlərin satışı notarial qaydada aparılmır və istənilən sənədsiz evləri alanlar ciddi problemlərlə üz-üzə qala bilərlər.
Ramil Osmanlı bildirir ki, bu cür evlər bəzi hallarda etibarnamə ilə notariusda da alqı-satqı edilə bilir. Ancaq bu da çox təhlükəli və riskli bir yoldur.
Sənədsiz satılan evlərlə bağlı daha bir problem isə vətəndaşın aldığı əmlakla bağlı heç bir hüquqi və maliyyə əməliyyatı icra edə bilməməsidir. Bu isə müxtəlif cür xidmətlərdən istifadə zamanı vətəndaşı müəyyən çətinliklərlə üz-üzə qoyur.
Ekspertin sözlərinə görə, bəzən bələdiyyə sənədi ilə alınan evlərdə sonradan üzə çıxır ki, həmin sənədlər heç bir yerdə qeydiyyatda deyil və hüquqi qüvvə daşımır. Bundan əlavə, bəzən bələdiyyə sənədi ilə satılan evlərdə daha sonra məlum olur ki, ev həmin şəxsin boşandığı həyat yoldaşı ilə nikahda olduğu zaman əldə edilib və sonradan bu şəxslər də həmin mülkə sahiblik iddiası irəli sürə bilərlər. Buna görə də ev alan zaman ilk diqqət ediləcək məqam onun çıxarışının olmasıdır.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/CUgcAelKiRs'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.