İstanbula və istanbullulara göstərilən xidmətlərlə artıq İstanbul dünya şəhəridir.
araz.az bildirir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.
“Nə xoş bizlərə ki, bu gün dünyada ilk dəfə 100 FM radio yayımı edəcək, texniki xüsusiyyətləri və memarlığı ilə İstanbulun yeni simvolu olacaq Avropanın ən böyük qülləsini istifadəyə veririk. Ümumi sahəsi 30 min 150 kvadratmetr olan Çamlıca qülləsi 218 metr yüksəklikdədir. Qülləmiz 49 mərtəbədən ibarətdir. Qülləmizin birinci mərtəbəsində podium, texniki mərtəbələr, müşahidə terasları və onların üstündə restoranlar var.
Bu ölçülərlə ölkəmizdə və Avropada ən yüksək bina olan Çamlıca qülləsi zəlzələ və küləyə qarşı gücləndirilmiş şəkildə inşa edilmişdir”, – nazir bildirib.
araz.az
araz.az xəbər portalı.