“Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir koridor açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır”.
araz.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Bütün digər məsələlər də var. Hansılar ki, siz öz həmkarınızla müzakirə edəcəksiniz. Bütövlükdə deyə bilərəm ki, bu sahə həm Türkiyə, həm Azərbaycan üçün çox böyük önəm daşıyır, xalqlarımızı bir-birinə bağlayan sahədir. Əminəm ki, səfər çərçivəsində gündəlikdə olan bütün məsələlər müzakirə olunacaq və qərarlar qəbul olunacaq”.
araz.az
araz.az xəbər portalı.