8db84758c52c6630f32d5f6e6f977b38

 
“Ermənistanın Zəngəzur dəhlizi üzərindəki oyunları prosesləri mümkün qədər siyasiləşdirməyə hesablanıb”.
Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Analitik bildirib ki, erməni tərəfi yaxşı başa düşür ki, Zəngəzurun nəinki dəhlizi, hətta bütünlüklə bölgə Azərbaycanın nəzarətinə keçəcək: 
“Buna səbəb Azərbaycanın vurulmuş maddi və mənəvi zərərə görə Ermənistandan təzminat tələb etməsi olacaq. Erməni tərəfi hesab edir ki, Zəngəzur ətrafında süni problem yaratmaqla, bu ərazini beynəlxalq aləmin nəzərində “Qarabağ probleminə” çevirə biləcək. Beynəlxalq aləmin nəzərində siyasiləşmiş ərazi tərəflərin razılığı olmadan mübadilə predmeti hesab edilə bilməz. Necə ki, Qarabağ ərazisi siyasiləşdiyi üçün ermənilər bu əraziyə iddia edirlər. Azərbaycanın münaqişəsiz formada, beynəlxalq qanunlara əsasən Ermənistandan təzminat əvəzində Zəngəzur və digər əraziləri almaq hüququ və şansı olacaq. Odur ki, bizə vəziyyətin gərginləşdirilməsi lazım deyil. Sadəcə 10 noyabr müqaviləsinin 9-cu bəndinin yerinə yetirilməsini gündəmdə tutmalıyıq. Rusiyanın susqunluğunun, hətta bizi “dəstəkləyir” kimi görünməsinin səbəbi odur ki, Kreml məsələnin mümkün qədər siyasiləşməsini istəyir. Çünki məhz bu sayədə rusların regionda uzunmüddətli yerləşməsinə zəmin yaranmış olacaq”.
 
araz.az

araz.az xəbər portalı.