Xəbər verdiyimiz kimi, mayın 28-də Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil su kanalına aşıb.
35-AA-005 dövlət nömrə nişanlı avtomobil Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müavini Gülayə Həsənovanın xidməti avtomobilidir.
araz.az 32gun.news-ə istinadən bilduirir ki,hadisə zamanı avtomobildə Gülayə Həsənova da olub. Qəza yerinə gələn təcili yardım avtomobili ilə sürücü və G.Həsənova Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilirb ki, xəstəxanaya yerləşdirilən Gülayə Həsənova və sürücünün vəziyyəti normaldır. Ancaq hər ehtimal hər iki şəxs Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Aldığımız digər məlumata görə, İcra başçısı Rəcəb Babaşov hazırda Qazaxda deyil. O bir müddətdir ki, doğulduğu Sabirabad rayonuna gedib.
araz.az
araz.az xəbər portalı.