WhatsApp Image 2021 05 31 at 17.09.52

Diqqət edin, görün, bu ciddiyə almadığımız separatçı rəhbər hələ 2020-ci il avqustun 13-də nə deyir: “Əgər Stepanakertə bir bomba atsanız, cavabını Gəncədə alacaqsınız!..”

Son 30 il ərzində Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış və Rusiya hərbi kontingentinin himayəsi altında hələ də fəaliyyət göstərən separatçı-terrorçu erməni rejiminin tör-töküntülərininn başçısı Araik Arutyunyan dünən – 30 may tarixində Xocavənd rayon mərkəzinə gedib və şəhərdə aparılan inşaat işləri ilə tanış olub.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.

Məlumata görə, Araik öncə iki il ərzində «Ferzit Construction” şirkəti tərəfindən 116 üçotaqlı mənzildən ibarət dörd beşmərtəbəli binanın inşa ediləcəyi yaşayış mikrorayonuna baş çəkib.

Tikinti şirkəti rəhbərinin sözlərinə görə, “binaların zirzəmisi olacaq, uşaq meydançaları, parkinqlər tikiləcək, bitişik ərazi abadlaşdırılacaq. Tikinti ilə yanaşı, Xocavənddəki köhnə hovuz-çimərlik də təmir ediləcək”.

A.Arutyunyan “şəhərə sabit bir enerji təchizatı təmin edən yeni bir hava elektrik xəttinin mövcudluğunu nəzərə alaraq, qısa müddətdə Martuni küçələrinin gecə işıqlandırılmasını tam təmin edilməsini tapşırıb”. Separatçı rəhbərin digər bir göstərişinə görə, “bütün qəzalı evlər söküləcək və sakinlər üçün tez tikilən yığma evlər tikiləcək”.

Səfər çərçivəsində A.Arutyunyan Azərbaycana qarşı 44 günlük müharibədə gəbərmiş və ölümündən sonra yüksək “dövlət” mükafatlarına layiq görülmüş əsgərlərin yaxınları ilə görüşüb və onlara mükafatları təqdim edib. O, rejimin daim belə aillələrin arxasında duracağını bildirib.

Araik Xocalı yaxınlarında bir müddət əvvəl əkilmiş qoz bağını da ziyarət edib.

WhatsApp Image 2021 05 31 at 17.10.34

Zəruri şərh:

II Qarabağ savaşınadək və ondan sonra Yuxarı Qarabağda baş verənlər, separatçı rejimin, o cümlədən onun rəhbərlərinin çıxış və əməlləri, eləcə də Rusiya sülhməramlı(?) kontingentinin davranışları haqda verdiyimiz xəbərləri mənasız hesab edən, ciddiyə almayan, hətta bizləri buna görə guya “xalqı qıcıqlandırmaqla “5-ci kalon” a xidmət”də suçlayanların nəzərinə!

Diqqət edin, hələ 2020-ci il avqustun 14-də Moderator.az-ın verdiyi xəbərə!(bax://www.moderator.az/news/338891.html) Görün, həmin “oyuncaq separatçı başçı” adlandırdığımız Araik bir gün öncə nə deyir: “”Əgər Stepanakertə bir bomba atsanız, cavabını Gəncədə alacaqsınız!..”

Nə qədər ağır və acı olsa da, 2020-ci ilin oktyabrında Araikin dediyi baş verdi və əslində bunu ağaları etmiş olsa da, o, Gəncəyə ballistik raket atılması haqda əmrin özü tərəfindən verildiyini etiraf etdi… Və yalnız bundan sonra dövlətimiz bu separatçı-terrorçu rəhbəri İnterpolla axtarışa verdi…WhatsApp Image 2021 05 31 at 17.10.03

Deməli, özü ciddi fiqur olmayan Araikə belə sözləri dedirdən gücləri ciddiyə almaq və onu, hələlik həbs edə bilməsək də, ən azı, hər bir addımını izləyərək uyğun nəticələr çıxarmaq gərəkdir…

Sultan LAÇIN

araz.az xəbər portalı.