İrandan Türkiyəyə gələn qaçqınlar üçün İqdırda düşərgə yaradacağıq.
Araz.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
“Əfqanıstanda terrorun kökünü kəsmək üçün ciddi siyasi proseslər başladılıb. Davamlı olaraq əməliyyatlar həyata keçirilir. Bu da miqrant axınını sürətləndirir. İqdırda düşərgə qurmaq üçün işlərə başlamışıq”, – Yıldırım bildirib.
Qeyd edək ki, son iki ayda İrandan Türkiyəyə gələn əfqanların sayında ciddi artım müşahidə edilir.
araz.az xəbər portalı.