Ermənistanın İctimai Televiziyası Naxçıvanın Kərki kəndi ilə bağlı reportaj hazırlayıb.
araz.az Yeniavaz.com-a istinadən xəbər verir ki, erməni müxbir “Tiqranaşen” (Kərki kəndi) yazılan lövhənin qarşısında dayanaraq kəndin vaxtilə Azərbaycanın kəndlərindən biri, adının isə Kərki olduğunu bildirib.
Həmin görüntülərdən sonra ermənilər İctimai Televiziyanı tənqid etməyə başlayıb. Reportajın Paşinyanın istəyi ilə hazırlandığı vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl erməni millət vəkili Vahe Qalumyan açıqlama verərək bildirmişdi ki, Tavuş bölgəsində Ermənistanın nəzarətində olan Azərbaycan torpaqları var: “Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar kəndləri xəritədə Azərbaycan əraziləridir”.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/fZGclDYzo6c’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.