Ermənistan və Azərbaycan arasında sərhəd xətlərinin dəqiqləşdirilməsi prosesinin başlamasından sonra mətbuatda “delimitasiya” və “demarkasiya” terminlərinə daha çox rast gəlirik. Bəs bu terminlərin mənası nədir?
Delimitasiya sözü latınca “delimitatio” sözündən götürülüb, mənası “qeyd” deməkdir. Siyasi ədəbiyyatda və beynəlxalq hüquqda qeyd olunduğu kimi delimitasiya prosesi qonşu dövlətlərlə sərhəd xətlərinin müəyyən edilməsinin ilk mərhələsidir. Delimitasiya prosesi zamanı bir qayda olaraq, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələri ətraflı göstərilir. Bu proses yekunlaşdıqdan sonra dövlət sərhədi xətti ilə bağlı müqavilə imzalanır.
Demarkasiya sözü isə fransızca “demarcation” sözündən götürülüb, mənası “ayırma” deməkdir. Dövlət sərhədinin müəyyənləşdirilməsinin ikinci mərhələsidir. Demarkasiya əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə və ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhəd xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsidir.
araz.az
araz.az xəbər portalı.