1622706394 1 kcur kcur kcur kcur kcur kcur kcur kcur kcur

Bir neçə gündür xəstəxanaya yerləşdirilən yazıçı, jurnalist Kəramət Böyükçöl deyəsən diqqətsizlikdən hamıdan incik düşüb.

Yazıçı bu haqda Facebook səhifəsində fikirlərini sərt şəkildə bildirib. 

“Kənddə ağacın altına it bağlayırlar, yanından keçəndə qəfil hürüb cumur üstünə. Qaçmağa başlayanda görürsən ki, itin zəncirini o qədər uzun eləyiblər, kəndin axrına kimi düşür arxanca”.

MÖVZU İLƏ BAĞLI:

“Sağlamlığım kritik vəziyyətdədir” – Kəramət Böyükçöl xəstəliyindən danışdı

Son zamanlar Kəramətin bəzi müxalif liderləri barədə səsləndirdiyi fikirləri onu deyəsən yaman çıxılmaz vəziyyətlərə salıb.

Bu haqda sitəm edən gənc jurnalist fikirlərini postunda belə tamamlayır:

“Elə “müxalifətçi”lər var, onlara söz deyəndə adama elə yerdən zəng edirlər, istər-istəməz fikirləşirsən ki, görəsən, hökumət bunun zəncirini niyə bu qədər uzun eləyib?”

Lakin Kəramətin gileyli olduğu təkcə müxaliflər deyil, bəzi millət vəkilləri də var ki, yazıçı öz səhvini etiraf edərkən, onlara da “sataşıb”.

“İçki qədər adamın başını aşağı eləyən şey yoxdur. Lifçikdən çıxmış bülletenlə deputat olan adam da sənə məsləhət verir ki, niyə içirsən?”,- deyə, o, qeyd edib.

Xatırladaq ki, səhhətində ciddi problemlər yaranan Kəramət Böyükçöl hazırda xəstəxanada müalicə olunur. 

Bizim.Media

araz.az xəbər portalı.