“Microsoft” qurucusu Bill Qeyts və ABŞ İnvestisiya fondunun rəhbəri Varen Buffet yeni bir nüvə reaktorunun inşası ilə bağlı razılığa gəlib.
araz.az “The Guardian”a istinadla xəbər verir ki, yeni nüvə reaktorunda natrium ilə soyudulan sürətli neytronlar hazırlanacaq. Mətbuat konfransında danışan Bill Qeyts bildirib ki, natrium texnologiyası enerji sənayesindəki qaydaları kökündən dəyişdirəcək. Onun sözlərinə görə, 2030-cu ildə bu cür enerjiyə ehtiyac duyulacaq.
Yeni nüvə reaktorunun ənənəvi nüvə reaktorlarından fərqli bir yanacaq istifadə etdiyi və ekoloji cəhətdən təmiz hesab olunduğu bildirilib. Ancaq bu mexanizmin nüvə silahı hazırlamaq istəyənlərin diqqətini cəlb edə biləcəyi vurğulanıb.
araz.az
araz.az xəbər portalı.