Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilən 1044 intizam tənbeh tədbirinin təhlilinin nəticələri açıqlanıb.
araz.az Mia.az-a istinadən xəbər verir ki, dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabata əsasən, Daxili İşlər Nazirliyi üzrə 538, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 351, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 88, Dövlət Gömrük Komitəsi üzrə 33, Xarici İşlər Nazirliyi üzrə 10, İqtisadiyyat Nazirliyi üzrə 7, Dövlət Statistika Komitəsi üzrə 4, Kənd Təsərrüfatı Nazirliyi üzrə 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 2, Qida Təhlükəsizliyi Agentliyi üzrə 2, Ali Attestasiya Komissiyası üzrə 1, Maliyyə Nazirliyi üzrə 1, Energetika Nazirliyi üzrə 1, Dövlət Miqrasiya Xidməti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.
Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilən 1044 intizam tənbeh tədbirindən 705-i töhmət, 292-si dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azaldılması, 8-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.
Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 201 intizam tənbeh tədbirindən 182-si töhmət, 12-si dövlət qulluğundan azad edilmə, 3-ü ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.
araz.az
araz.az xəbər portalı.