Bu gün Rusiya Ara Abramyanı Ermənistanın yeni xilaskarı kimi təbliğ etməyə çalışır. Bu erməni kameralar qarşısında müharibədən sonrakı Ermənistanın gələcəyi haqqında ağıllı-ağıllı danışır, təmsil olunduğu xalqının taleyini Rusiya ilə birgə dərin müttəfiqlikdə gördüyünü deyir.
KONKRET.az olaraq Ara Abramyanın tərcümeyi-halını, mövcud mövqeyini, baxışlarını daha dərindən araşdırmağa cəhd edib. Elə ilk araşdırmada erməni başbilənlərinin onun iç üzünü bildiyi qənaətinə gəldik. Əziz oxucular, bu məsələyə adi baxmayın. Sən demə, ermənilər də yaxşı bilir ki, Ara Abramyan, ermənidən çox rus və ya qərblidir. Qlobalistdir, kosmopolitdir. Onun üçün əsas dəyər puldur. Gerisi təfərrüatdır.
Beləliklə, Ara Abramyanın rəsmi “şəffaf” tərcümeyi-halından: çalışqan, məqsədyönlü, vətənpərvər, atasız böyüyən, kasıb və çoxuşaqlı bir ailədən olan erməni.
Ermənistanda Kənd Təsərrüfatı İnstitutunu bitirən “qəhrəman”ımız 30 yaşında SSRİ Elektron Sənayesi Nazirliyinin şöbə müdirinin müavini olur.
Bəs bu qədər sürətli sıçrayışa Abramyan necə nail olur? Belə ki, 1987-ci ildə Ara SSRİ Elektron Sənayesi Nazirliyinin 9-cu Baş İdarəsinin rəhbəri olan Vladislav Fyodoroviç Stanislavçikin 18 yaşlı qızı ilə evlənir.
Və bundan sonra yüksəlişə doğru ildırım sürətli həyat başlayır. Sovet nomenklaturasının əsas mahiyyəti burada öz rolunu oynayır.
Abramyan bu müddət ərzində SSRİ Elektron Sənayesi Nazirliyinin şöbə müdirinin müavini, “KOMEKS” şirkətinin baş direktoru və “Rusiya qoruyucu texnologiyalar” konserninin qurucusu olmağı bacardı. 1990-cı illərdə “Soqlasiye” Kremldə və prezident administrasiyasında inşaat işləri üçün əsas podratçı idi. Ara Abramyan Kremlin yenidən qurulmasında YUNESKO tərəfindən mükafatlandırılan ilk erməni kimi tarixə də düşməyi bacardı.
Abramyanın işi o qədər uğurlu idi ki, digər ölkələrə də investisiya qoymaq barədə fikirləşməyə başladı.
ABŞ, Avropa, Cənubi Afrika, təkçə vətəndaş müharibəsi başlamazdan əvvəl Liviya iqtisadiyyatına 1 milyard dollardan çox pul tökdü, lakin sonra çərxi-fələk ondan üz döndərdi. Qəddafinin devrilməsindən sonra investisiyalar geri dönməz şəkildə batdı.
Çoxşaxəli “Soqlasiye” şirkəti Rusiya Federasiyası Prezidentinin inzibati şöbəsindəki məmurların himayəsi ilə Kremlin bərpasından prezident administrasiyasına ekoloji cəhətdən təmiz məhsul tədarükünə qədər bir sıra layihələr həyata keçirməyə müvəffəq oldu.
Hüquqi şəxslərin reyestrini nəzərdən keçirsək və Ara Abramyanın pay sahibi olduğu müəssisə və istehsal sahələrinə baxsaq, təəccüblənə bilərsiniz. Pərakəndə ticarətdən almaz istehsalı sənayesinə qədər milyarderin ən çox gəlir gətirən yeri Rusiya Erməniləri Birliyidir.
Rusiyada hakimiyyət dəyişikliyindən sonra Aranın bütün işlərinə qərar verən qayınatasının əlaqələri zəiflədi və təşəbbüskar iş adamı guya erməni mədəniyyətini və inkişafını qorumaq məqsədi ilə Rusiyada təşkilat yaratmağa qərar verdi. Amma erməni tənqidçilərinin dediyi kimi, bu, cəhənnəmə gedən yol oldu.
O, erməniliyindən istifadə edərək ən yüksək kabinetlərə daxil oldu və burada sədaqətlilik göstərərək öz şəxsi biznes maraqlarına görə lobbiçiliklə məşğul ola bildi.
Vətəninin və millətinin maraqlarının xeyri üçün böyük bir potensiala sahib olan bu adam tamahkar bir qəsbkar kimi yalnız öz dəbdəbəli mənafeliyini güddü, bunlardan biri də Rusiya hökumətinin Rusiyadan Ermənistana ixrac edilən almazlardan gömrük vergilərinin çıxarılması qərarı idi.
Çoxları düşünəcək ki, nə qədər yaxşı bir adamdır, vətəninə kömək edir.
Xatırladaq ki, Abramyan və Ermənistandakı qardaşları ən böyük almaz emalı müəssisələrinə sahibdirlər.
Oliqarx Abramyan Rusiyanın siradan bir “vətənpərvəri” kimi bütün ailəsini ABŞ vətəndaşlığı ilə təmin edib.
Onun övladları Yuliya, Anna və Vladislav özlərini nə ermənilərə, nə ruslara aid etmirlər. Onlar özlərini daha çox Qərbin mütərəqqi sivilizasiyasına aid edirlər. Hansı mütərəqqi sivilizasiyadan söhbət gedir, bu, başqa mövzunun söhbətidir.
Ara Abramyanın qızı Yuliya Ara
Ara Abramyan nə erməni, nə də rus dilində düzgün danışa bilməyən, mənəvi prinsipləri və vətəni olmayan bir adam kimi bu gün utanmadan Rusiya erməniləri adından danışmaqda davam edir.
Xuraman Etibarlı,
KONKRET.az
araz.az xəbər portalı.