Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) iclas zamanı məscidlərin fəaliyyəti ilə bağlı verdiyi qərarlar inanclı kəsim arasında narazılığa səbəb olub.
araz.az xəbər verir ki, qurumun rəsmi nümayəndələri bununla əlaqədar QMİ-nin toplantısında etirazını ifadə edib.
Belə ki, iclas zamanı “Təzəpir” məscidinin axundu, ilahiyyatçı Mircəfər Eyyubov idarənin səlahiyyətli şəxslərinə yeni qərarlarda yer alan müddəalarla bağlı suallar ünvanlayıb və iradını bildirib. O, ictimai iaşə obyektlərinin fəaliyyətini əsas gətirib.
Bundan əlavə, “Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Şahin Həsənlinin konfrans zalını toplantı bitməmiş etiraz əlaməti olaraq tərk etdiyi bildirilir.
Qeyd edək ki, QMİ-nin açıqladığı yeni qərarların arasında məscidə yalnız namaz vaxtı getmək və namazı bitirdikdən sonra dərhal ibadət məkanını tərk etmək, özü ilə dəsmal, möhür, namaz xalçası gətirmək kimi bəndlərin olması, sosial şəbəkələrdə inanclı kəsim tərəfindən narazılıqla qarşılanıb.
araz.az xəbər portalı.