atetjpg 1594583957ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro iyunun 4-də Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından dərin narahatlığını bildirib.

Bu barədə ATƏT-in yaydığı bəyanatda deyilir.

“Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü xəbəri dəhşətlidir və mən onların yaxınlarına və həmkarlarına başsağlığı diləyirəm”, – T.Ribeiro vurğulayıb.

ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.