1622782003 0001

2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olmuş Havar Məmmədov Azərbaycan cəmiyyətində alim, ziyalı kimi deyil, tələbəyə pul kimi baxan rektor kimi ad çıxarmışdır. Bu adam sanki təkcə daşdan deyil, hər şeydən pul qazanan adam kimi doğulub. Bu adam bir vaxtlar ATU-nun idman zalını 20-30 manata itboğuşduranlara icarəyə vermişdi. Yəni bu adam üçün əsas puldur. Havar Məmmədov ATU-da dəlləkxana kimi qiymətlər qoymuşdu. Deyilənə görə “3” qiyməti 50 manat, “4” qiyməti 80 manat, “ 5” qiyməti 120 manat, dövlət imtahanlarının qiyməti 500 manat idi. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir. Və daha nələr… Sual oluna bilər ki, rektor dövlətdən konkret maaş alır, bütün bunlar hansı pulla əldə edilib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüvətxor rektor kimi ad çıxarmışdı. Hətta onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Ki, yaxın zamanlarda vəzifədən uzaqlaşdırılsın. Amma… Birdən Fətullah Gülən məsələsi ortaya çıxdı və Qafqaz Universitetini Havara verdilər. Dünyada bundan faciəli heç nə ola bilməz. Havar və Qafqaz Universiteti. Bəli, Havar Məmmədov 2016-cı ilin sentyabrından 2017-ci ilin martınadək Qafqaz Universitetinin rektoru vəzifələrində çalışıb. Sonradan Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tabeçiliyinə verilib. Amma az vaxt sonra həmən universitetin bazasında yeni bir ali məktəb, Bakı Mühəndislik Universiteti yaradılıb. Və rektoru Havar Məmmədov olub. Məlum qalmaqallı işdə Havar Məmmədov istintaqa nələr deyib və s başqa yazının mövzusudur.

 

 

araz.az xəbər portalı

araz.az xəbər portalı.