bandicam 2021 06 05 11 38 37 278

“Jurnalistlərin və digər mülki şəxslərin minaya düşərək həlak olması hamımızı məyus edir”.

Demokrat.az-ın xəbərinə görə, bu sözləri media eksperti, professor Qulu Məhərrəmli bildirib.

“Müharibədə məğlub olmuş tərəfin özünü bu şəkildə həyasızlıqla aparması dünyada nadir hadisələrdəndir. Minalanmış ərazilərin xəritəsinin verilməməsində Ermənistan hərbçilərinə təsir imkanı olan Rusiya da riyakar mövqe tutur, Moskva bu məsələdən Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışır. 
Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, xəritənin verilməyəcəyi təqdirdə əks-tədbirlər görməli, o cümlədən xüsusi minalama taktikasından bəhrələnməli, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq minalı ərazilərin təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə etməlidir! Azərbaycanın dinc vətəndaşlarına qarşı mina terroruna son qoyulmalıdır!” – deyə tanınmış jurnalist qeyd edib.

Zaur
Demokrat.az

araz.az xəbər portalı.