zahid orucjpg 1622753036Xəbər verdiyimiz kimi, Kəlbəcərin Susuzluq kəndinə aparan avtobus hərəkət olan yolda tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

araz.azın məlumatına görə, Milli Məclisin insan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın mülki vətəndaşlarının hədəf alınması davam etdirilir:

“`Ermənistan 30 il ərzində dağıtdığı Azərbaycan şəhərlərində minalar basdıraraq mülki əhalimizə qarşı terror təxribatlarını davam etdirir. Hətta ermənilərin yaşamadığı kiçik ərazilərdə belə qalan infrastrukturu dağıdaraq orada məhz mülki insanlara, gələcəkdə oraya qayıdıb yaşayacaq Azərbaycan vətəndaşlarına qəsd etmək məqsədiylə basdırdığı minalarla terrorçu mahiyyətini bir daha sübut edir. Son günlər sərhəd və hərbi əsir mövzusunu Azərbaycana qarşı beynəlxalq təzyiqin vasitəsinə çevirən qüvvələrin də artıq məsuliyyəti görünməlidir.

Minalar məsələsində hələ ki həmin təşkialtlar heç bir reaksiya göstərmir. Ermənistanın 30 illik işğalı həm də minalar vasitəsiylə beynəlxalq terrorun elementinə çevrilib. Beynəlxaq media qurumlarının, Azərbaycanda müxtəlif məsələlərə reaksiya verənlərin- “Amnest İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatların Ermənistanın vandallığını pisləməsi, bu məsələdə mövqe qoymağı məsələsi artıq gündəmə gəlməlidir. Milli Məclisin insan hüquqları komitəsi bu məsələlərlə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciətlər edəcək”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.