Türkiyə Qara dənizdə daha 135 milyard kubmetrdən çox qaz ehtiyatı kəşf edib.
araz.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Prezident bildirib ki, “Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlayıb.
Ərdoğan qeyd edib ki, bununla da Qara dənizdə kəşf edilən ehtiyatın həcmi 500 milyard kubmetrə çatıb: “Ümidvaram ki, o ərazidə hələ aşkarlanacaq xeyli yataqlarımız var”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.