ehedesas

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə məxsus 10-AA-457 nömrəli “Range Rover” markalı avtomobil Bakının Həsən Əliyev küçəsində görüntülənib.

Pravda.az-ın xəbərinə görə, maşını icra başçısının sürücüsünün idarə etdiyi bildirilib. Məlumata görə, Ə.Abıyev də avtomobildə olub.

Sürücü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, mağazaya gedib.

İddia edilir ki, yolun bu hissəsində avtomobil saxlamaq dayanma-durma qaydalarının pozuntusudur. Bəziləri isə bunun qayda pozuntusu olmadığını bildiriblər.

Nadir

 Fotoları təqdim edirik

araz.az xəbər portalı.