araz44Mən Fövqəladə Hallar Nazirliyində çalışmışam və bununla fəxr edirəm. Əgər nazirimiz mənim azad olunmağımla bağlı əmr veribsə, demək ki, düzgündür”.

Bu sözləri jurnalistlərə qarşı zorakılıq göstərdiyi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindəki işindən azad edilən idmançı Araz Musayev söyləyib.

Olaya gəlincə, Musayev deyib ki, özünü günahkar saymır: “İki gün sonra mənim mətbuat konfransım olacaq və hər şeyə aydınlıq gətirəcəm”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

“Qeyd olunanları nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 4 iyun 2021-ci il tarixində imzaladığı müvafiq əmrə əsasən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib”.

Gununsesi.info

araz.az xəbər portalı.