“Kəlbəcərdə baş vermiş hadisə Qarabağdakı minalanmış ərazilərin xəritəsini təcili olaraq paylaşması üçün Ermənistanı təşviq etməlidir”.
Bunu Pravda.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Sabiq səfir iyunun 4-də media işçilərinin ölümü ilə nəticələnən hadisədən çox məyus olduğunu bildirib.
O, həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verib, Allahdan onlara rəhmət diləyib.
“Azərbaycan dövləti əraziləri minalardan təmizləmək üçün əlindən gələni edir. Ermənistanın həmin xəritələri təqdim etməsi beynəlxalq humanitar hüququn tələbidir. Baxmayaraq ki, Ermənistan səhv etdiyini düşünmür, ancaq bu, onların haqlı olduğuna əsas vermir. Beləliklə, Ermənistan minalanmış ərazilərin xəritəsini özündə saxlamaqla bir neçə ay əvvəl məqsədlərinin nə olmasından asılı olmayaraq beynəlxalq humanitar hüququ pozub Azərbaycan ərazisinə qanunsuz keçənlərin azad buraxılmasına çalışacaq. Bu, Ermənistanın mina xəritələrini təqdim etməsi üçün əsas səbəbdir”, deyə cənab Brayza bildirib.
Qeyd edək ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə 2-si jurnalist olmaqla 3 mülki şəxs xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nəzrin CAVİD.
araz.az xəbər portalı.