“Formula 1” üzrə Azərbaycan Qran-prisində son – əsas yarış start götürüb.
araz.az-ın məlumatına görə, təxminən 2 saat sonra yarışın qalibi bəlli olacaq.
“Ferrari”nin sürücüsü Şarl Lekler iyunun 5-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb.
Günün ilk yarısında “Hitech Grand Prix”dən Yuri Vips “Formula 2″nin qalibi olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Bakı şəhər halqasında “Formula 1” yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilib.
2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq (“Mercedes”) olub. Daniel Rikkardo (“Red Bull Racing Honda”) 2017-ci, Lüis Hemilton (“Mercedes”) 2018-ci, Valtteri Bottas (“Mercedes”) isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.